Fevralın 22-dən 25-dək Slovakiyanın paytaxtı Bratislava şəhərində Microsoft şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcəkdir.
Müxtəlif ölkələrdən olan nümayəndələrə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üzrə “Həmkara dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat vermək məqsədi daşıyan seminarda “Tədrisin informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə keyfiyyətli təşkili”, “XXI əsr bacarıqları”, “Öyrətmə və öyrənmə prosesində İKT-nin rolu”, “Tədris bacarıqlarının artırılmasında kompyuter texnologiyalarının rolu”, “Tədrisyönümlü layihələr və onların qiymətləndirilməsi” mövzularına toxunulacaqdır.
Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” arasında imzalanmış “Təhsildə Əməkdaşlıq” anlaşma memorandumu çərçivəsində ölkəmizin nümayəndə heyəti seminarda iştirak edəcəkdir.
/AzərTAc/