Elmi yaradıcılıq işləri

Skip Navigation Links Azərbaycan Respublikası Təhsil Portalı   Azərbaycan dilində səhifə
 
 

Jurnalist və tələbələr üçün yeni müsabiqə

Müsabiqə Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən keçirilir

Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın gənc jurnalistləri və jurnalistika fakültələrinin tələbələri arasında üçüncü müsabiqə elan edib. Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, müsabiqə üçün “Rusiya-Azərbaycan: sülh və sabitlik naminə strateji tərəfdaşlıq”, “Müasir Azərbaycanda rus dilinin rolu”, habelə Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə “Böyük Vətən müharibəsində Qələbə haqqında unudulmaz xatirələr” mövzularında rus dilində yazılmış işlər təqdim edilir.

Müsabiqəyə gənc (yaşı 30-a qədər olan) jurnalistlərin və jurnalistika fakültələrinin tələbələrinin sifarişlərində göstərilən mövzu üzrə işlər (məqalələr, fotosüjetlər) təqdim olunur.

Təqdim olunan işlər elektron variantda - məqalələrin hər birinin həcmi 10.000 işarəyə qədər, fotosüjetlər ən azı 10 fotoşəkildən ibarət olmaqla, ayrı-ayrı elektron daşıyıcılarda qəbul edilir. Müsabiqədə iştirak etmək üçün sifariş müəllif haqqında arayışdan (müəllifin adı və soyadı, iş və ya təhsil yeri, telefon nömrəsi) və müsabiqə materialından ibarət olmalıdır. Sifarişlər müsabiqə işləri ilə birlikdə 2009-cu il dekabrın 15-dək Rusiyanın Azərbaycandakı səfirliyinə təhvil verilməlidir.

Müsabiqənin keçirilməsi məsələlərinə dair məlumatı Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətində almaq olar.

Qaliblərə fəxri diplomlar, bir birinci mükafat, iki ikinci mükafat, üç üçüncü mükafat və həvəsləndirici mükafatlar təqdim ediləcək. Təqdim olunmuş ən maraqlı materialların ayrıca məcmuə şəklində nəşr edilməsi nəzərdə tutulur, ən yaxşı fotosüjetlər isə xüsusi fotosərgidə nümayiş etdiriləcək.