Elmi yaradıcılıq işləri

Skip Navigation Links Azərbaycan Respublikası Təhsil Portalı   Azərbaycan dilində səhifə
 
 

Məktəblərimiz Haqqında

Bu səhifə sizə `Çağ Öğretim İşletmeleri MMM` şirkətinin müəssisələri haqqında lazımi məlumatı verəcək.

Təməli möhtərəm Prezidentimiz Heydər Əliyev cənabları tərəfindən qoyulan Azərbaycan-Türkiyə Özəl Liseyləri Bakı şəhərində 3, Ağdaş, Quba, Lənkəran, Mingəçevir, Şəki, Sumqayıt, Əli Bayramlı və Gəncə şəhərlərində hər birində 1 olmaqla cəmi 11 lisey açmış, Respublika Təhsil Nazirliyi özünün 1994-cü il 13 May tarixli, 308 saylı əmri ilə məktəblərin əsasnaməsini təsdiq etmiş, fəaliyyətlərinə rəsmən icazə vermişdir.

Məktəblərimiz Azərbaycan Respublikasının təhsil standartları əsasında, təhsil dili Azərbaycan dilində olmaqla, təbiət fənlərini (riyaziyyat, fizika, kimya, biologiya) ingilis dilində tədris edir. Məktəblərimizdə şagirdlər ingilis dili ilə yanaşı kompüter təliminə də mükəmməl şəkildə yiyələnmiş olurlar ki, bu da onların müstəqil həyata hazırlanmalarında əsas rol oynayır.

Hazırda liseylərimizdə 2100 şagird təhsilə cəlb edilmişdir.
indiyədək liseylərimizin 6 buraxılışı olmuş, məzunların 99 faizi ölkənin, Rusiyanın, o cümlədən Moskvanın, Türkiyənin, Avropanın, Amerikanın, Yaponiyanın, Çinin ən məşhur universitetlərinə qəbul olunmuşlar.
Məktəblərimiz respublika və dünya olimpiadalarında qazandıqlar müvəffəqiyyətlərlə də məşhurdur. Hər il həm respublika, həm MDB, həm Avrasiya, həm də dünya fənn olimpiada və müsabiqələrində mükafata layıq yerlər tutan məktəblilərimiz iki dəfə biologiya fənni üzrə dünya çempionu olmuş, indiyədək Azərbaycana 72 qızıl, gümüş, bürünc medallar qazandırmışlar.

Şirkətimizdə çalışan pedaqojı kadrlar (ümumi sayı 245 nəfər) 60 faizini azərbaycanlılar, yardımçı-pedaqojı və xidmət işçilərinin (ümumi sayı 230 nəfər) hamsı azərbaycanlılardan ibarətdir.

Məktəblərimiz qismən pulludur. Belə ki, bir şagirdin illik təhsil və onlara göstərilən müxtəlif xidmətlər üçün çəkdiyi məsrəf orta hesabla 40 faizi valideynlər, onları əvəz edənlər, yaxud hami təşkilatlar tərəfindən ödənilir. Təhsil xərcinin qalan hissəsi əsasən Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Azərbaycandan olan xeyriyyəçi iş adamlarının yardımları hesabına maliyyələşir.