Azərbaycanda məktəblilərin yaz tətilinin vaxtı dəyişdirilib
Orta ümumtəhsil məktəblərində yaz tətilinin müddəti dəyişdirilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, qrafikə görə, məktəblilərin yaz tətili martın 16-dan 23-nə qədər olmalı idi. Lakin Azərbaycan Nazirlər Kabinetinin (NK) bayram günləri ilə bağlı qərarına uyğun olaraq orta məktəblərdə də yaz tətilinin günlərində dəyişiklik edilib: “Orta məktəblərdə yaz tətili martın 16-dan başlayacaq. Beş günlük qrafiklə təhsil alan uşaqlar məktəbə martın 29-da gedəcəklər. Altı günlük qrafiklə tədris verən məktəblərdə isə dərslər martın 26-da başlayacaq. Yəni, martın 26-sı və 27-si həmin məktəblərdə iş günüdür”.
apa.az