Elmi yaradıcılıq işləri

Skip Navigation Links Azərbaycan Respublikası Təhsil Portalı   Azərbaycan dilində səhifə
 
Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2007-2008-ci dərs ilində bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, İmişli, İsmayıllı, Ucar rayonları, bu şəhər və rayonlarda məskunlaşmış məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulmuş, imtahan prosesinin keçirilməsi qaydaları və mexanizminin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.

Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinə təsir edən amillərdən biri olduğunu, bu sahədə əldə olunmuş təcrübəni, yerli təhsil orqanlarının, ümumtəhsil məktəbləri rəhbərlərinin, şagird və valideynlərin təkliflərini nəzərə alaraq

Əmr edirəm:

1. 2008-2009-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın.

2. Orta təhsil kursu üzrə yoxlama imtahanları bu dərs ili ərzində bir dəfə keçirilsin. Yoxlama imtahanları ümumtəhsil məktəblərində 22 fevral-26 aprel 2009-cu il, peşə liseylərində isə 22 fevral 2009-cu il tarixlərdə keçirilsin.

3. Buraxılış imtahanları peşə liseylərində aprel 2009-cu il, ümumtəhsil məktəblərində isə iyun 2009-cu il tarixlərdə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilsin.

4. Təlim türk, gürcü və ingilis dillərində olan məktəb və liseylərin XI (XII) siniflərində Təhsil Nazirliyi tərəfindən hazırlanmış test suallarının uyğun dillərə tərcümə edilməklə imtahan aparılması müvafiq şəhər, rayon təhsil şöbələrinə tapşırılsın.

5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq summativ (yekun) qiymət şagirdin fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI (XII) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətləri əsasında hesablansın. Yoxlama imtahanının nəticələri bu imtahanın keçirildiyi tarixdə jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama test imtahanının nəticələri nəzərə alınmaqla çıxarılsın.

6. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən təyin olunmuş koordinatorlar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında 2008-ci ilin oktyabr-noyabr aylarında təlimati iş aparsın.

7. Buraxılış imtahanlarının yeni qaydada aparılması ilə əlaqədar hazırlanmış icra planı təsdiq edilsin.

8. Təhsil Nazirliyinin ayrı-ayrı bölgələrdə təlimati iş aparan nümayəndələri 2008-2009-cu tədris ilinin sonunadək həmin rayonların koordinatorları təyin edilsinlər.

9. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) icra planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini ciddi nəzarətdə saxlasın.

10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.

11. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili əsasında zəruri fəaliyyətlərin və təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasın.

12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə şəhər Təhsil İdarəsi (M.Əliyev) və bütün şəhər (rayon) təhsil şöbələri:

12.1. orta təhsil kursu üzrə buraxılış imtahanlarının keçirildiyi günədək məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər;

12.2. imtahan mərkəzlərini Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdıraraq müəyyənləşdirsinlər;

12.3. imtahanların keçirilməsinə hazırlıq məqsədilə cavab kartları tətbiq edilməklə nümunə testlər üzrə daxili yoxlamaların keçirilməsi və şagirdlər tərəfindən müvafiq təlimatların öyrənilməsi istiqamətində tədbirlər görsünlər;

12.4. buraxılış siniflərində hər bir şagirdin dərslərə davamiyyətinə nəzarəti gücləndirsinlər və yoxlama test imtahanlarında iştirakını təmin etsinlər.

13. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər və rayon təhsil şöbələrinə lazımi köməklik göstərsin.

14. İqtisadiyyat şöbəsi (H.Zeynalov) imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.

15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını təmin etsin.

16. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

17 oktyabr 2008-ci il