Qəbul imtahanlarının proqramları hazırlanmışdır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının proqramları hazırlanmışdır.
Proqramlar qüvvədə olan məktəb proqramlarına və dərsliklərə tamamilə uyğun tərtib edilmişdir.
/AzərTAc/