close
Slide 1

“Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Название “Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
Место и Дата Bakı
05.12.2016 - 05.12.2017
Категория События

Описание

Dekabrın 2-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təminatında  akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri,  ali təhsil müəssisələrinin rəhbərləri, təhsil üzrə yerli və beynəlxalq ekspertlər, xarici akkreditasiya qurumlarının nümayəndələri iştirak edib.

Konfransın məqsədi təhsildə keyfiyyətin idarə olunması, akkreditasiya sahəsində qarşıya çıxan çətinliklər və uğurlu təcrübələr ətrafında fikir mübadiləsi aparmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

Təhsil naziri Mikayıl Cabbarov təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların əhəmiyyətini qeyd edib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin yaradılmasından danışan Mikayıl Cabbarov bildirib ki, idarənin formalaşdırılması ilə paralel tənzimləyici sənədlər üzərində də işə başlanılıb. Yeni akkreditasiya qaydaları Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar sənədinə əsaslanır.

Nazir bildirib ki, konfransdan əsas gözləntilərimiz Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə beynəlxalq akkreditasiya agentlikləri və təşkilatları arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinin aparılması və təhsildə keyfiyyətin yüksədilməsi istiqamətində uğurlu təcrübələrin ölkəyə gətirilməsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis əvəzi Samir Vəliyev, Qazaxıstanın Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyinin prezidenti Şolpan Kalanova, Gürcüstanın Təhsilin Keyfiyyətinin Yaxşılaşdırılması üzrə Milli Mərkəzinin direktoru Tamar Sanikidze, Rusiyanın Ali Təhsildə Keyfiyyətin Təminatı və Karyeranın İnkişafı Agentliyinin direktoru Erika Soboleva və Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzinin Ali təhsil şöbəsinin müdiri Helka Kekalaynen təhsildə keyfiyyətin təminatı sisteminin qurulmasından danışıb və öz təcrübələrini bölüşüblər.

Daha sonra konfrans panellərdə öz işini davam etdirib. Panel sessiyalarda Avropa Universitetləri Assosiasiyasının, Latviya, Böyük Britaniya, Almaniya, Gürcüstan və Finlandiyanın aparıcı akkreditasiya agentliklərinin, eləcə də Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri tərəfindən məruzələr edilib.

Место проведения

Город Bakı
Адрес Bakı
Индекс AZ1074
Страна az

Голосование

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?