close
Azərbaycan diliEnglishRussian
Slide 1 Slide 2 Slide 3

Müntəzəm Verilən Suallar

Mən Azərbaycan vətəndaşı deyiləm. Azərbaycanın ali təhsil müəssisələrində dövlət hesabına (ödənişsiz) təhsil ala bilərəm?

Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət xətti ilə, qalan əksəriyyəti isə ali məktəblərlə bağladıqları müqavilə əsasında ödənişli təhsil alırlar.


Mən orta məktəbdə xarici dil kimi alman dili keçmişəm. Bu, attestatda da göstərilib. Ancaq ingilis dilini daha yaxşı bilirəm. Qəbul imtahanında xarici dil kimi ingilis dilini seçə bilərəm, yoxsa mütləq attestatımda göstərilən xarici dil fənni üzrə imtahan verməliyəm?

Abituriyent orta məktəbdə hansı xarici dili keçməsindən asılı olmayaraq seçdiyi ixtisas qrupuna uyğun olaraq qəbul elanında göstərilən bu və ya digər xarici dildən imtahan verə bilər. Bir şərtlə ki, abituriyent ərizə formasını doldurarkən onda imtahan vermək istədiyi xarici dili qeyd etmiş olsun.


Türkiyə universitetlərinə qəbul imtahanlarının nəticələri nə vaxt elan olunacaq?

Türkiyə universitetlərinə qəbul imtahanlarının nəticələrinin emalı və abituriyentlərin yerləşdirilməsi Türkiyə Respublikasında həyata keçiriləcək, qəbul olanların siyahısı iyun ayının əvvəlində TQDK-ya təqdim olunduqdan sonra mətbuatda və TQDK-nın saytında yerləşdiriləcək.


9 illik təhsil bazasından texnikumlara qəbul imtahanı hansı fənlərdən olur?

9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanında abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunur. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənni bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər. Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur.


Rusiya Federasiyası ali məktəblərinə qəbul imtahanları nə vaxt keçiriləcək və hansı fənlərdən imtahan vermək lazımdır?

Bu il Rusiya ali məktəblərinə sənəd qəbulunun aprel-may aylarında aparılacağı nəzərdə tutulur. Bu barədə TQDK-nın internet saytında və 141 saylı telefon məlumat xidmətində məlumat veriləcək. Test imtahanı Azərbaycan və rus dillərində keçiriləcək. İmtahanın məzmunu Azərbaycan ali məktəblərinə keçirilən qəbul imtahanı ilə eynidir. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. İmtahanın nəticələrinə görə müsabiqə şərtlərini ödəyən abituriyentlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi, eləcə də ümumi dünyagörüşü yoxlanacaqdır.


Türkiyə ali məktəblərinə Dövlət Proqramı ilə qəbul olmaq üçün nə etməliyəm?

Dövlət Proqramı çərçivəsində Türkiyə, Rusiya, Böyük Britaniya və s. ölkələrin ali məktəblərinə Təhsil Nazirliyi tərəfindən mütəşəkkil şəkildə qəbul aparılmır. “Seçim qaydaları”nın 2.1.3. bəndinə uyğun olaraq təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri qəbul olanlar da Təhsil Nazirliyinə müvafiq sənədlərlə müraciət edə bilərlər. Qeyd etməliyik ki, bu halda Dövlət Proqramına qəbul şərtləri dəyişilməzdir.


Qəbul imtahanında iştirak etmək üçün nə tələb olunur?

Ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 21-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurur və müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək ərizələrini aprelin 28-dən mayın 31-dək təsdiq etdirirlər. SQK-lar hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.


Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərinə harada baxmaq olar?

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri “Ali məktəblər üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları” (səh. 9) və “Orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları”nda (səh. 21) verilmişdir.


Abituriyent imtahana gələrkən hansı sənədləri özü ilə gətirməlidir?

Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:

  1. şəxsiyyət vəsiqəsini;
  2. 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnaməni;
  3. xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini;

– 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı.


Abituriyentlər ərizələrinin təsdiqi üçün SQK-ya hansı sənədləri təqdim etməlidirlər?

  1. əvvəlki illərin məzunları sənədin əslini;
  2. cari ilin məzunları müəyyən edilmiş formada, təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində oxuduqlarını təsdiq edən arayışı (16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan abituriyentlərə verilən arayışa abituriyentin 3x4 sm ölçüdə şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

  1. Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqəsini;
  2. 16 yaşı 2009-cu il aprelin 30-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnaməni;
  3. xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
- xarici dövlətlərin vətəndaşları yuxarıda qeyd olunan sənədlərlə yanaşı, onların notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.



Sorğu

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?