close
Azərbaycan diliEnglishRussian
Slide 1 Slide 2 Slide 3

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
İMTAHAN BİLETİ(fr. billet, lat. billeta) – şifahi imtahanlarda təhsil alanın cavablandırmalı olduğu suallar olan bilet
İNFORMAL TƏHSİLözünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması
İNNOVASİYAmüxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər
İNSTİTUT (ALİ MƏKTƏB)müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən tətbiqi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi
İSTEHSALAT TƏHSİLİpeşə-ixtisas təhsilinin mütləq tərkib hissəsi, təhsil alanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki təcrübəsidir
İXTİSASmüvafiq təhsil sənədində təsbit olunan peşə, vahid bir peşə daxilində fəaliyyət növü
İXTİSASLAŞMAmüvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası
İXTİSASARTIRMA KURSLARIrəhbərlərin və işçi kolektivinin ixtisasını artırmaq forması. Bu kurslar işçininfəaliyyəti ilə bilavasitə bağlı olan nazirliklərdə, müxtəlif universitetlərdə, onların filialında, müəssisələrdə, kurslarda təşkil olunur
İXTİSAS İMTAHANLARIburaxılış ixtisas sınaqlarının tərkib hissəsidir; tədris zamanı təhsil alanların aldığı xüsusi nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilir; təhsil ocaqlarında və müəssisələrdə keçirilir. İxtisas imtahanlarının keçirilməsi üçün tərkibində müdriyyət nümayəndəsi (məsələn, müəssisənin baş mühəndisi), komissiya sədri-məktəb direktoru, sədr müavini-bəzi sexlərin rəhbərləri, istehsal-texniki tədris bölmələrinin nümayəndələri, texniki, əmək və əmək haqqı nəzarətçiləri, təhlükəsizlik texnikləri, istehsal tədrisin müəllim və təlimçiləri və ictimai təşkilat nümayəndələri olan ixtisas komissiyası yaradılır. Hər bir ixtisas üzrə istehsal tədris və xüsusi fənlərin bütün proqram mövzularına dair əsas sual və tapşırıqları əks etdirən imtahan biletləri hazırlanır
KABİNET- LABORATORİYA SİSTEMİtəhsilin təşkili sisteminə görə tədris prosesi fənlər üzrə tədris kabinetlərində və laboratoriyalarda keçirilir; tədris kabinetlərində humanitar dərslər, laboratoriyalarda isə təbiət və riyaziyyat, texniki və digər fənlər keçirilir. Kabinet və laboratoriyalar müvafiq tədris ədəbiyyatı, lüğət və soraqçalarla, əyani vəsaitlər və laboratoriya avadanlıqları ilə təchiz olunur ki, bu da öz növbəsində şagirdləri aktiv fəaliyyətə cəlb etməyə, onlarda müsbət tədris motivasiyasının formalaşmasına dəstək olur
KAFEDRA(yunanca Kathédra, hərfi mənada - oturacaq, stul), 1) Qədim Yunanıstan və Romada ritor və fəlsəfəçilərin çıxış etdikləri yer 2) Xristian kilsəsində moizələrin oxunduğu yer 3) İbadət zamanı yepiskopun (arxiyereya) oturacağı, məcazi mənada isə yeparxiya (yepiskop dairəsi). 4) Təhsil müəssisələrində, lektoriya və akt zallarında müəllim, məruzəçilərin çıxış etdikləri yer. 5) Ali təhsil müəssisələrində (fakültədə) kafedra bir və ya bir neçə alt fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, tələbələr arasında tərbiyəvi işi və həmçinin elmi-pedaqoji kadrların hazırlığını və mütəxəssislərin ixtisaslaşdırılmasının artırılmasını həyata keçirən əsas elmi-tədris bölməsidir. Bir qayda olaraq, kafedraya professor, elmlər doktoru başçılıq edir. Kafedranın tərkibinə professor, dosent, köməkçi, baş müəllimlər, baş və kiçik elmi əməkdaşlar, aspirantlar və digərləri daxildir. Kafedra özünün tədris laboratoriyalarına və kabinetlərinə malikdir. Kafedralara mühazirələrin, laboratoriya, praktiki, seminar və digər tədris məşğələlərin keçirilməsi, tədris və istehsalat təcrübələrə, tədqiqat işlərə, kurs və diplom layihələrə (işlərə) başçılıq etmək, kurs imtahanların və məqbulların keçirilməsi həvalə olunur
KAMPUSmüvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi (şəhərciyi)
KART-TAPŞIRIQşagirdlərə tapşırıqları təqdim etmə formasıdır. Ümumi texniki və xüsusi fənləri öyrənərkən kart-tapşırıqlar əsasən şagirdlərin biliyinin yoxlanması zamanı istifadə olunur. Kart-tapşırıq əsasən proqramlaşdırılmış sorğu zamanı tətbiq olunur. Kart-tapşırıqların verilməsi elmi namizəd dərəcəsinin təltif olunması üçün mütləqdir. Namizədlik imtahanı fəlsəfə, xarici dil və dissertasiya mövzusuna müvafiq olaraq xüsusi fənlər üzrə tətbiq olunur
KOLLEC(ing . college) - orta peşə-ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi
KOLLOKVİUM(lat . colloquium – danışıq, söhbət),1) tədris növlərindən biri müəllimin şagirdlərlə söhbəti, adətən ali məktəblərdə semestr sonlarında tələbənin bilik səviyyəsini yoxlamaq üsullarından biri; 2) məruzələrin müzakirə olunduğu elmi iclas
KOMPÜTER BİLİYİtexnoloji təhsilin hissəsi. K.b-nin tərkibinə daxildir: hesablama texnologiyasının və informatikanın əsas anlayışlarının bilmək; kompüter texnologiyasının əsas quruluşunu və funksional bacarıqlarını bilmək; müasir əməliyyat sistemlərinin və onların əsas komandalarını bilmək ; müasir proqramlar və ümumi təyinatlı əməliyyat vasitələrini(Norton Commander, Windows və onların fayl genişlənmələrini)və onların funksiyalarını bilmək; ən azı bir mətn redaktorunu bilmək; proqramlaşdırma alqoritmi, dili və paketi barədə ilkin təsəvvür; utilitar məqsədli tətbiqi proqramların ilikin istifadə təcrübəsi
KONSERVATORİYAmusiqi sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi
KONSPEKTmüəyyən bir əsərin, məruzənin, mühazirənin və s. qısa xülasəsi
KONSPEKTLƏŞDİRMƏ(lat. conspectus - baxış) – məruzənin, nitqin qısalmış məzmunu, xülasəsidir. Elmi k. Hər hansı elmi mövzunun sitatlar, tezislər vasitəsilə xülasəsi. Bədii k. öz sözlərinin , fikirlərinin vasitəsilə xülasəsi
KURS İŞİiqtisadi, humanitar , ümumiyyətlə, bütün istiqamətlərdə təhsil alanların fənnin tədrisinin sonunda yerinə yetirdiyi müstəqil iş. K.İ.-nin yerinə yetirilməsi prosesində tələbələrin yaradıcı fikirlərinin də qeyd olunduğu işlər təqdim olunur

Sorğu

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?