close
Azərbaycan diliEnglishRussian
Slide 1 Slide 2 Slide 3

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
İDRAKobyektiv qanunauyğunluqların şüur vasitəsilə dərk edilməsi. İdrak təlim-tədris prosesinin əsasını təşkil edir
İLKİN PEŞƏ-İXTİSAS TƏHSİLİəsas orta təhsil bazasında ixtisaslaşmış mütəxəsislərin hazırlanması. İ.p-i.t. peşə-ixtisas məktəblərində alına bilər (ixtisas kollecləri, peşə-ixtisas və s. təhsil müəssisələrində)
İLKİN İBTİDAİ ORTA TƏHSİLana dili, riyaziyyat, təbiət və cəmiyyət elmləri barədə, əsas elemetar tədris bacarıq və biliklərini öyrədən ilk təhsil pilləsi
İLKİN İXTİSAS HAZIRLIĞIbu termin inistitut hazırlığı olmadan müəyyən ixtisaslar üzrə xüsusi hazırlığı bildirir. O ixtisas (politenik, ümumi texniki, ümumi ixtisas) almaq üçün nəzəri bilikləri fundamental əsas kimi qəbul edir; müxtəlif fəaliyyət növlərinə aid olan və onun ümumi xüsusiyyətlərini əks etdirən təcrübi və politexnik bilik və bacarıqları; müxtəlif mütəxəssis qruplarının əlamət və xüsusiyyətlərini; fəaliyyətin (layihələşdirmə, texnoloji prosesə nəzarət, fəaliyyətin qeydiyyat uçotu və s) əks etdirir; fərdin şəxsi keyfiyyətləri - əməksevərlik, intizamlılığı, fəaliyyətinin dəqiqiliyi, düşüncələrində sistemlilik, işdəki səliqəliliyi, təcrübi, yaradıcı fəaliyyətə can atması; ixtisas məktəbinə girməzdən öncə praktik fəaliyətindəki təcrübə
İMTAHAN(lat . examen - sınaq) – ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq, təhsilin müəyyən dövrünü bitirdikdən sonra (məs. məktəblərdə keçid və buraxılış imtahanları, aspirant) və aspiranturaya qəbul olunmaq üçün biliklərin yoxlanılması
İMTAHAN BİLETİ(fr. billet, lat. billeta) – şifahi imtahanlarda təhsil alanın cavablandırmalı olduğu suallar olan bilet
İNFORMAL TƏHSİLözünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması
İNNOVASİYAmüxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər
İNSTİTUT (ALİ MƏKTƏB)müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən tətbiqi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi
İSTEHSALAT TƏHSİLİpeşə-ixtisas təhsilinin mütləq tərkib hissəsi, təhsil alanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki təcrübəsidir
İXTİSASmüvafiq təhsil sənədində təsbit olunan peşə, vahid bir peşə daxilində fəaliyyət növü
İXTİSASLAŞMAmüvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası
İXTİSASARTIRMA KURSLARIrəhbərlərin və işçi kolektivinin ixtisasını artırmaq forması. Bu kurslar işçininfəaliyyəti ilə bilavasitə bağlı olan nazirliklərdə, müxtəlif universitetlərdə, onların filialında, müəssisələrdə, kurslarda təşkil olunur
İXTİSAS İMTAHANLARIburaxılış ixtisas sınaqlarının tərkib hissəsidir; tədris zamanı təhsil alanların aldığı xüsusi nəzəri biliklərin yoxlanılması məqsədilə keçirilir; təhsil ocaqlarında və müəssisələrdə keçirilir. İxtisas imtahanlarının keçirilməsi üçün tərkibində müdriyyət nümayəndəsi (məsələn, müəssisənin baş mühəndisi), komissiya sədri-məktəb direktoru, sədr müavini-bəzi sexlərin rəhbərləri, istehsal-texniki tədris bölmələrinin nümayəndələri, texniki, əmək və əmək haqqı nəzarətçiləri, təhlükəsizlik texnikləri, istehsal tədrisin müəllim və təlimçiləri və ictimai təşkilat nümayəndələri olan ixtisas komissiyası yaradılır. Hər bir ixtisas üzrə istehsal tədris və xüsusi fənlərin bütün proqram mövzularına dair əsas sual və tapşırıqları əks etdirən imtahan biletləri hazırlanır


Sorğu

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?