close
Azərbaycan diliEnglishRussian
Slide 1 Slide 2 Slide 3

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
PEDAQOQyun. Paidagogós – tərbiyəçi, páis, yiyəlik halı paidós - uşaq и ágo – tərbiyə edirəm), Orta ümumtəhsil, peşə-ixtisas məktəbinin, ali, orta-ixtisas, internat, uşaq evi, tərbiyə koloniyasında, məktəbdənkənar müəssisənin müəllimi, həmçinin elmi işçisidir
PEDAQOGİKA1) tərbiyənin konkret-tarixi qanunlarını, cəmiyyətin bu qanunlarla bağlılığını, cəmiyyətin mövcud təlim-tədris qaydalarını öyrənənelmdir; 2) təlim,təhsil və tərbiyəni öyrənən nəzəri və tətbiqi elmlərin toplusu; 3) ali təhsil müəssisələrində tədris edilən fənn
PEDAQOJİ QARŞILIQLI ƏLAQƏtərbiyə verənlə tərbiyə alanın arasında şəxsi təsadüfi və ya məqsədli, fərdi və ya ictimai, uzunmüddətli və ya qısamüddətli, şifahi və ya qeyri-şifahi əlaqə formasıdır ki, onların davranışının, fəaliyyətinin,qaydalarının qarşılıqlı dəyişməsinə təsiri müəyyənləşdirir. P.q.ə hər iki tərəfdə qarşılıqlı fəliyyətin məqsədlərinin və onun həyata keçirilməsində həmrəylik əldə edildikdə, qarşılıqlı fəaliyyətdə olan iştirakçılardan bəzilərinin uğurları digər iştirakçıları stimullaşdırması və ya dayandırması zamanı rəqabət formasında özünü göstərə bilər. Humanitar istiqamətli ped. proses yalnız o zaman tərbiyəçi və tərbiyə alanlar arasında p.q.ə ola bilər ki, burada hər iki iştirakçı öz bilik və bacarıqları çərçrivəsində bərabərhüquqlu,paritet partnyor kimi çıxış edir
PEDAQOJİ DEONTOLOGİYA1)müəllimin professional fəaliyyəti barədə elm; 2) fəaliyyət iştirakçıları arasında etibarlı münasibətləri təmin edən profesional etika. Digər insanlara və onların ideyalarına münasibətdə ped. kompetensiya təlim-tədris prosesində qəbul edilmiş mənəvi məsuliyyəti ifadə edir
PEDAQOJİ ETİKAbütöv ped. proses şərtində əxlaqın (mənəviyyatın) fəaliyyət spesifikasını əks etdirən etikanın tərkib hisəsi; müəllimin əxlaqi fəaliyyətinin aspektləri barədə elmdir. P.e.-nın predmeti müəllimin düşüncə, davranış, münasibət və fəaliyətində əxlaqının əks olunmasıdır
PEDAQOJİ EKSPERİMENTped. problemin həllinin yeni, daha effektiv həlli yollarını axtarmaq məqsədilə tədris və ya tərbiyə sahəsində elmi cəhətdən qoyulmuş təcrübə; ped. hadisə zamanı səbəb-məqsəd əlaqəsinin tədqiqatı, hansı ki, tədqiqatçının ped. hadisəyə aktiv təsirini bildirir, ped. təsir və qarşılıqlı əlaqənin nəticələri barədə rəyin öyrənilməsi; ped. hadisə və proseslərin fasiləsiz təkrarlanması
PEDAQOJİ PROSESLƏRİN QANUNAUYĞUNLUQLARIped. prosesin hadisələri, müxtəlif tərəfləri arasında yaranmış obyektiv, təkrarlanan, dəyişməz əlaqələr. P.p.q. sos. şərtlərlə (konkret tarixi şərtlər daxilində cəmiyyətin, iqtisadiyyatın, milli-mədəni); insan təbiəti (uşağın şəxsiyyətinin formalaşması yaş və fərdi xüsusiyyətlərdən asılıdı); tərbiyə prosesinin məğzi ilə (təlim, tədris, təhsil prosesləri və şəxsiyyətin inkişafı qarşılıqlı əlaqəlidir; sosial qrup və şəxsiyyətin qarşılıqlı əlaqəsinin inkişafı) və silə bağlıdır
PEDAQOJİ iMPROVİZASİYAmüəllimin dərs və ya ünsiyyət zamanı ped.həlli tapması və onu ani olaraq həyata keçirməsi. P.i. prosesi 4 mərhələdən ibarətdir: Birinci mərhələ - ped. maarifləndirmə. İkinci mərhələ- ped.ideyanın ani dərki və onun həyata keçirtmək yolunun seçilməsi. Üçüncü mərhələ - ped. ideyanın ictimaiyyət önündə həyata keçirtmək. Bu mərhələ mərkəzi olur ondan effektivlik asılıdır. Dördüncü mərhələ-dərk, yəni ped.ideyanı reallaşdırmağınani təhlili. P.i. ped.texnikanın mükəməlləşdirməyə, yaranan məsələlərə çevik reaksiya vermək imkanı yaradır
PEDAQOJİ İNVARİANTLARdəyişilməyən ped.həqiqətlər. Termin pedaqogikaya S.Fren tərəfindən daxil edilib. O, humanist ped. əsasında 30 invariant prinsip hazırlayıb. Məs: uşağın təbiəti böyüklərin təbiəti kimidir; uşağın məktəbdəki davranışı onun psi.quruluşundan və sağlamlıq vəziyyətindən asılıdır; heç kim ona əmr edilməsini sevmir və s
PEDAQOJİ TAPŞIRIQyaranmış ped. vəziyyətin dərki və bu vəziyyətə uyğun qərar qəbulu
PEDAQOJİ TƏDQİQATIN MƏSƏLƏLƏRİped. tədqiqatın konkret və ya daha dəqiq məqsədləri
PEDAQOJi MƏQSƏDmüəllim və şagird arasında qarşılıqlı əlaqənin nəticəsi, müəllimin düşüncəsində olan və sonradan ped.prosesə təkan verən digər təhsil komponentlərinin formalaşması
PEDAQOJİ TƏDQİQATIN MƏQSƏDİped. hadisələrdə səbəb-məqsəd əlaqəsinin və qanunauyğunluğun müəyyənləşməsi və onların əsasında nəzəriyyə və metodologiyanın işlənib hazırlanması
PEDAQOJİ PROSESİN FUNKSİYALARIMəqsədyönlü və təşkil edilmiş ped. prosesin yarandığı məqsəd və rollardan ibarətdir. P.p. f.- təhsil (bilik, bacarıq və qabiliyyətlərin, mədəni dəyərlər sisteminin ötürülməsi), tərbiyəvi (təlim-tədris prosesində dəyərlər və münasibətlər sisteminin ötürülməsi), inkişafını (şəxsiyyətin xüsusiyyətlərinin və hadisələrin şüurlu dərki, məntiqi üsul, əməliyyat, mülahizə, məntiqi nəticələr), sosiallaşdıran ( birgə fəaliyyətin nəticəsində təcrübənin əldə edilməsi, ictimai münasibətlər və sos.uyğun davranışın yaranmasında özünü göstərir)
PEDAQOJİ TƏSİRmüəllimin şagird və ya tələbələrin düşüncə, iradə, emosiyalarına təsiri, onlarda tələb olunan keyfiyyətlərin formalaşması və qoyulmuş məqsədlərə müvəffəqiyyətlə çata bilmək kimi bacarıqların yaranması
PEDAQOJİ FƏALİYYƏTped. prosesdə şagirdin şəxsiyyətinin tərbiyə, inkişaf və özününinkişafı və azad, yaradıcı özünüifadə üçün profesional fəaliyyət. P.f.-in əsas problemi – müəllimin tələb və məqsədlərinin şagirdlərin arzu, istək və imkanları ilə birləşməsi; P.f.-in uğurlu həyata keçirilməsi müəllimin profesional səviyyəsi, onun ped. texnologiya və texnikaya yiyələnməsi ilə şərtlənir. P.f.-in üç modeli: məcburiyyət pedaqogikası (avtoritar pedaqogika), tam azad pedaqogika, əməkdaşlıq pedaqogikası
PEDAQOJİ DİAQNOZşagirdlərin xasiyyətlərinin və bacarıqlarının həcminin müəyyənləşməsi, onların tədris zamanı qarşılaşdığı çətinliklər, davranışlarındakı çatışmazlıqların müəyyənləşməsi. P.d. şagirdlərin tədris proqramını mənimsəməsi, onların tədris, fəaliyyət və onların nəticələrinin əsasında qoyulur
PEDAQOJİ DÜŞÜNCƏ müəllimin bütün pedaqoji fəaliyyətini və və uşaqlara münasibətinin xüsusiyyətlərini bildirən bilik və bacarıqların cəmi. Mütəxəssisin şəxsi və profesional bacarıqları nəticəsində formalaşır.
PEDAQOJİ DƏSTƏKprofesional müəllimlərin və psixoloqların uşaqların fiziki və psixi sağlamlığı, insanlarla ünsiyyəti, təhsildəki problemləri ilə bağlı problemlərinin həlli üçün profesional fəaliyyəti
PEDAQOJİ PARADİQMA(yun. paradeigma – nümunə, misal) – ped.elmi ped. cəmiyyət nəzəri, metodoloji və s. qaydaların toplusu. Bu qaydalara ped. problemin həlli zamanı etalon, nümunə kimi əsaslanırlar. “Paradiqma” anlayışı pedaqogika elminə amerikan tarixçisi T. Kun tərəfindən gətirilib. O 3 mərhələni fərqləndirmişdir. Paradiqma öncəsi, paradiqmanın hakimliyi, elmi inqilab zamanı paradiqma

Sorğu

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?