close
Azərbaycan diliEnglishRussian
Slide 1 Slide 2 Slide 3

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
TEXNİKUMsənaye sahələri üzrə müxtəlif mütəxəssislər yetişdirmək üçün olan xüsusi təhsil müəssisələri. Bunlar əsasən peşə məktəbləri olur və müəyyən peşə üzrə diplom verilir
TEST(ing. test – sınaq, imtahan) - insanın zehni inkişafını, bilik və bacarığını yoxlamaq üçün standart tapşırıqların yerinə yetirilməsi
TESTLƏŞDİRMƏ METODUşəxsiyyətin diaqnostikası (psixoproqnostikası) yolu ilə onun psixi vəziyyətinin, hər hansı standart tapşırığın yerinə yetirilməsi zamanı funksiyalarının tədqiqi
TƏDRİSşagirdlərə təhsil aldıqları müddətdə bilik, bacarıq, tərbiyə vermək məqsədi daşıyan müəllimin pofesional fəaliyyəti; müəllimin öyrətmək məqsədini realaşdırması üçün fəaliyyəti, biliklərin tətbiq edilməsi
TƏDQİQAT OBYEKTİ(ped-da.) – daxilində öyrəniləcək əşyanın olduğu ped. mühit, sahədir. T.o. insanların təhsil sferası və tərbiyəsi daxildir, predmetinə isə bu sferada baş verən proseslərin qanunauyğunluqları nəzərdə tutulur
TƏDRİS FƏALİYYƏTİNİN AKTİVLƏŞDİRİLMƏSİonun intensivləşdirilməsi və effektivliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin cəmidir. Üç istiqamət üzrə həyata keçirilir: a) pedaqoji - idraki maraqları stimullaşdıran forma və metodlardan istifadə etmək; b) sosial-psixoloji – üzvlərinin rəqabətinə və qarşılıqlı öyrənməsinə şərait yaradan tədris qrupu daxilində şəxsiyyətlərarası ünsiyyəti təşkil etmək, pedaqoq və qrup tərəfindən fərdi nailiyyətlərin dəstəklənməsi; c) sosial - iqtisadi – tədris fəaliyyətinin daha yüksək nəticələri üçün şəxsi sosial iqtisadi marağın artması
TƏDRİSİN FƏRDİLƏŞMƏSİşagirdlərin şəxsi keyfiyyətlərini, onların intellektual inkişaf səviyyəsini, idrakı maraqlarını, sosial statusnu, təhsilin keyfiyyətinə təsir edən faktorları nəzərə alan didaktik prinsiplərdən biri
TƏDRİS ALQORİTMİən qısa üsulla istənilən nəticəyə çatmağa kömək edən, real şərtləri nəzərə alaraq fəaliyyətin daha məqsədəuyğun həyata keçirilməsinin yazılı təlimat sənədi. Səmərəli tədrisdə iki əsas T.a. tipi tətbiq olunur: fəaliyyət alqoritmi və axtarış alqoritmi
TƏDRİSDƏ ƏMƏKDAŞLIQmüəllim və şagirdlərin demokratik prinsiplər üzərində qurulmuş, həm müəllim, həm də şagirdlər üçün əhəmiyyətli birgə, qarşılıqlı fəaliyyət növü
TƏDRİSDƏ ƏYANİLİK(lat. illustratio - əyani təsvir, maarifləndirmək) – dərs məşğələlərində ləvazimat, apparat, maket, müxtəlif tədris filmlərinin nümayişini nəzərdə tutur
TƏDRİSİN TƏŞKİLİ FORMALARIşagird və müəllimlərin müəyyən qayda ilə uyğunlaşdırılmış fəaliyyətinin ifadəsi: dərs, ekskursiya, ev tapşırığı, məsləhətlər, seminarlar, fakultətivlər, praktikumlar, əlavə tapşırıqlar
TƏDRİS KABİNETİmüəyyən tədris fənni (və ya bir neçə) üzrə dərs və ya dərsdən kənar məşğələlərin keçirilməsi üçün təhsil müəssisəsində otaq. Tədris planı və proqramlarına əsasən lazımi vəsaitlər, mebel və avadanlıqlarla təchiz olunur. Peşəkar təhsil müəssisələri üçün tədris və əyani vəsaitlərin, tədrisin texniki vasitələrinin və daha kütləvi və tipli tədris kabinetləri üçün tədris avadanlıqlarının standart siyahıları işlənib hazırlanmış və daima yenilənir. Kabinet sistemi peşəkar təhsilin tədris bazasının təşkilində 60-cı illərdə daha geniş yayılmağa başlamışdır, lakin ümumi texniki və xüsusi fənlər üçün tədris kabinetləri istənilən təhsil müəssisəsində daha erkən yaradılmışdır
TƏDRİS KONSEPSİYASI(lat. conceptio - anlama, qavrama, sistem) – müxtəlif təhsil müəssisələrində əsas tədris fənlərinə baxış sistemi, məqsədlərin,vəzifələrin, tədris proqramlarının təşkili sistemidir
TƏDRİS KİNO VƏ VİDEOFİLMLƏRİtədris məqsədi ilə kino vasitələri və televiziya vasitəsilə yaradılan filmlər. Pedaqoji məqsəd və imkanlara görə bu audiovizual tədris vasitələri praktik olaraq eynidir, ancaq texniki daşıyıcılara görə fərqlənir və buna görə də onlara vahid məfhum kimi baxılır – tədris filmi və videofilm. Son illər ərzində tədris filmi demək olar ki, tədris televiziyası tərəfindən tamamilə çıxarılmışdır. Tədris filmi və videofilmləri aşağıdakı növlərə ayırmaq olar: video kurslar – istənilən fənn üzrə əsas materialı izah edən və vahid tədris materialının qurulması metodikası və tematika ilə əlaqəli olan silsilə filmlər; qısametrajlı filmlər (10 50-yə qədər) – tədris proqramının ayrıca mövzularının materialını izah edən tədris filmləri. Bu cür filmlər yeni materialı keçərkən hissələrlə, ayrıca fraqmentlərlə və ya giriş dərslərdə tam şəkildə, həmçinin keçilən materialı təkrarlayarkən istifadə olunur; film-fraqmentlər – bu istənilən bir mövzuya aid olan 4-5 dəqiqədən çox olmayan qısa tədris filmidir. Bir qayda olaraq, bu filmlər mövzunun izahı üçün istifadə olunur
TƏDRİS SİNFİ1) tədris ili ərzində bir tədris proqramına malik olan təhsil alanların daimi kollektivi; 2) İncəsənət təhsil müəssisələrində istənilən bir fənn üzrə ixtisaslaşan təhsil alanlar qrupu; 3) Məktəbdə dərslərin keçirilməsi üçün otaq
TƏDRİS PLAKATLARIəyani tədris materialı növlərindən biri. T.p.-da öyrənilən fənnin obyektləri, predmeti, vasitələri, qanunları və s göstərilə bilər. T.p. adətən əyani tədris materialı növlərinə aiddir
TƏDRİS PROSESİtəhsil məsələləri, şagirdlərin inkişaf və təhsillə bağlı məsələlərinin həll olunduğu müəllim və şagirdin məqsədyönlü fəaliyyəti
TƏDRİS PLANImüvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd
TƏDRİS PROSESİNİN NƏTİCƏSİşagirdlərin biliklərində, bacarıqlarında, istiqamətlərində, fiziki vəziyyətinndə baş verən dəyişikliklər. T. p.n dövlət akkreditasiyasına malik olan təhsil müəssisələrində dövlət standartlarına uyğun olmalıdır
TƏDRİS METODLARItəhsilin məzmununun mənimsənilməsini, əqli qüvvələrin və şagirdlərin bacarıqlarının inkişafını təmin edən, onların özünütəşkil və özünütəhsil vasitələri ilə yiyələnməsini göstərən sistemdir. T.m. təhsilin məqsədini, mənimsənilmə səviyyəsini və subyektlərin qarşılıqlı təsirini göstərir

Sorğu

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?