close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
BAKALAVRİATmüvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını təmin edən ali peşə-ixtisas təhsilinin birinci səviyyəsi
BALtəhsil alanların (tələbə) təhsil müvəffəqiyyətinin qiymətləndirilməsi üçün biliklərin yoxlanmasından sonra müəllim tərəfindən qoyulan şərti rəqəmli qiymət. Bizim ölkəmizdə təhsil alanların (tələbə) müvəffəqiyyəti beşballıq qiymət sistemi ilə qiymətləndirilir: «5», «4», «3», «2», «1»
BİLİKpraktikada təsdiq olunmuş reallığın dərki, onun insan təfəkküründə düzgün əksi; anlayış, qanun, prinsip, mühakimə formasında çıxış edir, empirik olur, təcrübə, praktika, nəzəriyyə və s. formada olur; (ped.)- anlamaq, elmi faktların yadda saxlanılması, qaydalar,qanunlar, nəzəriyyə
BİLİK DAİRƏSİinsanın maraq və biliklərinin əhatəsi
BƏDƏN TƏRBİYƏSİinsanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir
DAHİLİKbacarıqların ümumi inkişaf səviyyəsi, həm ümumi (intellektual), həm də xüsusi. D. olması barədə o zaman danışmaq olar ki, şəxsiyyət tərəfindən yaradıcılıq fəaliyyətində elə nəticələr əldə edir ki, onlar cəmiyyət həyatında, mədəniyyətin inkişafında xüsusi dövr təşkil edir. Qeyri - adi bacarıqları ilə fərqlənən uşağın öz potensialını reallaşdıra bilməsi onun müəllimindən asılıdır
DAVRANIŞ MƏDƏNİYYƏTİinsan birgə yaşayışının ümumi tələb və qaydalarının müəyyənləşməsi, əhatə edənlərlə düzgün münasibət qurmaq bacarığı
DEKANATdekanın rəhbərlik etdiyi fakültənin idarə edilməsi
DEKAN(lat. Decanus, ilkin mənada on nəfərin rəhbəri), ali təhsil müəssisəsində fakültə rəhbəri. Bir qayda olaraq, professorlar, müəllimlər və fakültənin elmi işçiləri tərəfindən seçilir
DƏRSməktəbdə təlim, öyrətmə və öyrənmə prosesi, tədris işi. Bu fəaliyyət zamanı müəllimkonkret zaman daxilində siniflə konkret fənn üzrə məşqul olur. Bu və ya digər vasitələrin istifadəsi ilə əlaqədar olaraq dərsin müxtəlif növləri ola bilər. Məs. açıq, izahlı, mühazirə dərs, virtual dərs
DƏRS CƏDVƏLİsiniflər üzrə hər dərs gününə uyğun olan dərslərin keçirilmə yeri, vaxtı və ardıcıllığı haqqında məlumata malik qrafik. Bu cədvəldə hər dərs saatını keçirən müəllimin adı və fənnni qeyd olunur. Dərs cədvəli təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq olunur
DƏRSİN KONSPEKTİmövzunun, tapşırığın, dərs mərhələsinin xülasəsindən, müəllimin nitqinin hissələrindən və yeni mövzunun tam mətnindən ibarətdir
DƏRSİN PLANIdərs zamanı dərs vaxtını düzgün bölüşdürə bilmək üçün müəllim və şagird arasında qarşılıqlı ünasibətin planlanması. Dərsin planlanmasının əsası kimi müəllimin tədris materialını şagirdlərə çatdıra bilmək üçün məqsədlər, tapşırıqlar, prinsiplər, metodlar düzgün istifadə edilməsi çıxış edir. Dərsin planı konspekt şəklində çıxış edir
DƏRSİN STRUKTURUdərsin bütövlüyünə və onun müxtəlif variantlarda əsas xüsusiyyətlərini saxlayan elementlərinin cəmi. Bu elementlərə aiddir: dərsin əvvəlinin təşkili, dərsin məqsəd və vəzifələrinin təyini, izahat, möhkəmləndirmə, təkrarlama,ev tapşırığı, dərsin nəticəsinin keçirilməsi. Dərsin növü struktur hissələrin müəyyənləşməsi və ardıcıllığı üzrə müəyyən edilir
DƏRSİN EFFEKTİVLİYİqoyulmuş məqsədə çatmaq üçün müəllimdən başqa digər faktorların neytrallaşması halında verilmiş və ya mümkün olan tədris məqsədlərinin (məsələn, şagirdin savadsızlıqdan savadlılığa keçməsi) həyata keçirilmə dərəcəsi
DƏRSDƏ QRUP İŞİdərs zamanı müxtəlif kiçik qrupların müəllim tərəfindən verilmiş eyni, özünəməxsus tapşırığının və elmi idrakının inkişafı işinin təşkili
DƏRS HİSSƏ MÜDİRİməktəb direktorunun təlim-tədris işləri üzrə əvəzləyicisi
DİDAKTİKAtəlim-tədris nəzəriyyəsi, pedaqogikanın sahəsi. D. predmeti tədris insanın təlim və təhsil vasitəsi kimi, yəni tədris və təlimin vahid qarşılıqlı əlaqəsi. D.-nın funksiyaları: nəzəri (diaqnostik və proqnostik) və praktiki (normativ, alət)
DİDAKTİK BACARIQLARöyrətmək bacarığı
DİDAKTİK VƏ ƏQLİ İNKİŞAF ÜÇÜN KOMPÜTER Otədris və inkişaf xarakterli fərdi kompüterlər üçün oyun proqramları. Bir neçə növdə olur – abstrakt-məntiqi, süjet, rol), kompüter oyunları şagirdlərin dünyagörüşünü artırır, onların maraqlarını stimullaşdırır, bilik və bacarıqlarını formalaşdırır, psixofiziki inkişafına səbəb olur. Lakin həddən artıq oyunla maralanmaq uşağın sağlamlığına zərər verə bilər

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?




Müəlliflik hüququ © 2017 Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bütün hüquqlar qorunur. ULTRA şirkəti tərəfindən işlənib hazırlanmışdır

şirkəti tərəfindən işlənib hazırlanmışdır