close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
ABİTURİYENTali və ya orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs
AVTOREFERATmüəllifin özü tərəfindən yazılan hər hansı elmi araşdırmanın nəticəsi
ADLI TƏQAÜDtəhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd.
ADYUNKTURAhərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması
AĞILinsanın dərketmə bacarığının ümumiləşmiş xüsusiyyəti. Dar mənada düşüncə ilə bağlı beyində gedən əməliyyatlar. Ağlın xüsusiyyətləri: cəldlik,dəqiqlik, dərinlik, genişliyi, yaradıcılığı
AÇIQ TİPLİ ALİ TƏHSİL MÜƏSSİSƏSİ yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. A.t. t.m.-də qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər
AÇIQ TİPLİ TƏHSİL NÖVÜtəhsilin genişlənməsi barədə müasir doktrina. Əsas ideyalardan biri – insanın faktiki və formal ixtisasını bərabərləşdirmək. Böyük həyat təcrübəsinə və xüsusən iş təcrübəsin malik olan insanlar öz bilikl səviyyələrini rəsmi təsdiqini istəyirlər. Adətən bu xüsusi növ diplom alınması yolu iləöz təsdiqini tapır.Diplomun alınması aşağıdakı üsullarla ola bilər. a) dəslərdə iştirak etmədən bütün kursun imtahanını vermək; b) dinləyicilərin real səviyyəsinə uyğun olan ısamüddətli kurs keçmək; c) təhsil müəssisənin tələbəsi olmadan tam tədris kursunda iştirak etmək
AKADEMİYAmüəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarının həyata keçirildiyi, fundamental və tətbiqi elmi tədqiqatların aparıldığı ali təhsil müəssisəsi
AKKREDİTASİYAtəhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu və onun statusunu müəyyənləşdirib təsdiq edən prosedur
ALİ TƏHSİL MÜƏSSİSƏSİ orta təhsil bazası əsasında təsərrüfat, elm və mədəniyyətin müxtəlif sahələri üçün ali təhsilli mütəxəsislər yaradır, əksəriyyəti həmçinin, nəzərivə tətbiqi xarakterli elmi-tədqiqat işləri aparır, orta və ali məktəb müəlimlərinin və diplomlu mütəxəssislərin ixtisasartımını həyata keçirir. Ali məktəblərə universitetlər, institutlar, ali kolleclər, konservatoriya aiddir. Təhsil müddəti 4-7 ildir
ALİ TƏHSİLmütəxəssisin tam orta təhsil bazasında aldığı və uyğun diplomla təsdiq olunan ali təhsil müəssisələrində aldığı ixtisas səviyyəsi
ALİ MƏKTƏBİN ELMİ ŞURASI rektorun yanında çağırılan məşvərətçi orqan olub təhsil müəsissəsinin əsas fəaliyyətini; təlim-tədris işlərinin, elmi tədqiqatların aparılmasını, müəllim- professor heyətinin işi barədə danışılır.A.m.e.ş. seçkili orqan olub, 5 il müddətinə seçilir. E.ş.-ya vaxtından əvvəl seçkilər isə onun üzvlərinin yarısının tələbi ilə keçirilə bilər. Şuranın tərkibinə təhsil müəssisəsinin bütün növ işçiləri seçilə bilər. Elmi şuraya seçki qaydası müəllimlərin ümumi iclasında keçirilir
ALQORİTMəməliyyatların yerinə yetirilmə ardıcıllığını, daha doğrusu, müəyyən sinfə aid olan məsələləri həll etməyə imkan yaradan təlimat. Alqoritmin əsasında müəllim tərəfindən şagirdlər üçün müxtəlif yaddaş məsələləri, öyrənilən hadisə və faktların təhlili sxemləri tərtib edilir
ASPİRANTURA(lat. dilindən Aspiro cəhd edirəm, yaxınlaşmağa çalışıram), elmi işçilərin hazırlanması forması. Əksər xarici ölkələrdə aspiranturaya uyğun olan hazırlıq universitetlərin daxilində xüsusi mərkəzlərdə həyata keçirilir. Elmi tədqiqat işinin müdafiəsi və ən yüksək elmi dərəcənin (adətən doktor) alınması ilə yekunlaşır
ATTESTATtəhsil müəssisəsini bitirənə hər hansı rütbənin verilməsini bildirən rəsmi sənəd
ATTESTASİYA(lat. dilindən attestatio – şəhadətnamə) - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təlim nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru
AUDİOVİZUAL TƏDRİS VƏSAİTLƏRİtədris prosesində çox geniş yayılmış, ekran və səs avadanlıqlarından ibarət olan xüsusi qrup texniki tədris vəsaitləridir. Bu diaproeksiyalar (diafilm və diapozitivlər), epiproeksiyalar (episkoplar vasitəsilə kağızda yazılmış və ya çəkilmiş şəkil, çertyoj və s. ekranda nümayiş olunması), kodproeksiyaları, tədris kinofilmləri, tədris televiziya filmləri, səs ləvazimatı
AXŞAM TƏHSİLİtəhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur


Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?




Müəlliflik hüququ © 2017 Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bütün hüquqlar qorunur. ULTRA şirkəti tərəfindən işlənib hazırlanmışdır

şirkəti tərəfindən işlənib hazırlanmışdır