close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
ELİTAR TƏHSİLxüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil
ELMİ EV İŞİtədris prosesinin təşkili forması, müəllimin birbaşa deyil, dolayısı idarəsi ilə şagirdlərin tapşırığı yerinə yetirməsi. E.e.i.-nin növləri: tədris fəaliyyətinin xüsusiyyətinə əsasən – reproduktiv və yaradıcı; tədris hərəkətinə əsasən – məsələ və tapşırıqların yerinə yetirilməsi, dərsliklə iş, əlavə ədəbiyyatın oxusu, hesabat və məlumatların hazırlanması
ELMİ DƏRƏCƏ VƏ ADLARali təhsilli mütəxəsislərə verilir, onların elmi kvalifikasiyasını, elm və texnikanın inkişafında, mütəxəsis hazırlığında əldə etdikləri nailiyyyətlərinə görə təqdim edilir. Hər bir ölkədə elmi kadrların özünəməxsus attestasiya qaydası, özünəməxsus adlandırılması və terminologiyası var. AR-də aşağıdakı elmi adlar vardır: elmlər namizədi, elmlər dokroru, professor və s. Elmi dərəcələr: baş elmi işçi, dosent, baş müəllim, baş laborant. Akademik adlar: mübir-üzv və həqiqi-üzv
ELMİ-METODİKİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNyeni tipli təhsil müəssisələrində bilavasitə elmi və metodiki işlərin rəhbər və təşkilatçısı. Bir qayda olaraq, məhz ixtisası üzrə 5 ildən artıq müddətə staja malik olan yüksək ixtisaslaşmış işçilərdən seçilir
ELMİ- İSTEHSALAT İŞİ ÜZRƏ DİREKTOR MÜAVİpeşə-ixtisas məktəblərində elmi-istehsalat və metodiki işlərin təşkilatçısı hesab olunur. O, tədris və elmi –istehsalat fəaliyyətinə, tədris plan və proqramının icrasına, qabaqcıl elm və istehsalat nailiyyətlərinin elmə tətbiq edilməsinə birbaşa nəzarət edir və cavabdehdir
ELMLƏR DOKTORUelm sahələri üzrə doktoranturanın ikinci pilləsində verilən ən yüksək elmi dərəcə
EVDƏ TƏHSİLmüvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması


Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?




Müəlliflik hüququ © 2017 Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bütün hüquqlar qorunur. ULTRA şirkəti tərəfindən işlənib hazırlanmışdır

şirkəti tərəfindən işlənib hazırlanmışdır